• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

DÜNYA

14 Noyabr 2021 | 18:32

Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.

Liviya Hərbi Prokurorluğu da Seyfülislam haqqında “cinayət” və “muzdlu əsgərlərdən istifadə” ittihamları ilə saxlanılma qərarı çıxarmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026