• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək

DÜNYA

14 Dekabr 2021 | 10:30

Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək

Rəsmi İrəvan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətləri nizamlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə açıqlamasını alqışlayır və dialoqa başlamaq üçün öz nümayəndəsini təyin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan “Facebook” səhifəsində yazıb.

O, Türkiyə tərəfinin açıqlamasını müsbət dəyərləndirib və erməni tərəfinin də öz növbəsində xüsusi nümayəndə təyin edəcəyini söyləyib. Unanyan Türkiyə ilə dialoqa başlamağa hazır olduqlarını qeyd edib.

Xatırladaq ki, Ermənistanın işğalçılıq siyasətinə görə 1993-cü ildən Türkiyə-Ermənistan sərhədi bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR