• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə bu şəxslər karantinə alınmayacaq

DÜNYA

13 Yanvar 2022 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə bu şəxslər karantinə alınmayacaq

Türkiyədə koronavirus xəstələri ilə təmasda olmuş insanlar üçün məcburi PZR-testindən keçmək qaydası ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elmi Komitənin iclasının yekunları üzrə səhiyyə naziri Faəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, iclasda koronavirusa qarşı hər üç peyvəndi vurduran şəxslərin karantinə alınmaması qərara alınıb.

Koronavirus xəstələri üçün karantin müddətindən danışan nazir qeyd edib ki, onlar təkrar test vermədən 7 gündən sinra özünütəcrid rejimindən çıxa biləcəklər.

f.Qocanın sözlərinə görə, Elmi Komitə inkişaf etmiş ölkələrdə qüvvədə olan qaydaları və xəstəliyin yayılmasını nəzərə alaraq, koronavirus xəstələri ilə təmasda olanlar üçün məcburi PZR testini ləğv edib.

"Bundan sonra PZR testi yalnız xəstəliyin simptomları olan şəxslər üçün məcburi olacaq", - deyə nazir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026