• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropada doğum nisbəti ən aşağı olan ölkə budur

DÜNYA

12 Fevral 2022 | 00:29 | Müəllif: Subhan Mahmudov

Avropada doğum nisbəti ən aşağı olan ölkə budur

Avropa İttifaqına (Aİ) üzv dövlətlər sırasında doğum nisbəti ən aşağı olan ölkələrdən biri İtaliyadır.

Bakıvaxtı.az AZƏRTAC-aistinadən bildirir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) rəhbəri Gian Karlo Blanqiardo keçən il ölkədə qeydə alınan doğum sayının 400 mindən az olduğunu bildirib.

"Doğumların sayı əvvəlki ilə nisbətən azalıb. Bu baxımdan kritik bir dövrdən keçdiyimiz aydındır. 2020-ci ildə təxminən 405 min doğum olub. Ötən il bu göstərici 400 mindən aşağı düşüb. Altmış milyon əhalisi olan bir ölkədə doğum sayı 400 mindən az olmamalıdır. Bu o deməkdir ki, nəsil dəyişmə prosesi başlamayıb", - deyə o qeyd edib.

İnstitut rəhbəri hökumətin 2021-ci ilin noyabrında açıqladığı uşaq müavinəti paketinin müsbət qarşılandığını, lakin doğum nisbətindəki azalma tendensiyasının qarşısını almaq üçün başqa təşəbbüslərə ehtiyac olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026