"Ukrayna Silahlı Qüvvələri Rubejnı səmasında daha bir rus təyyarəsini vurub".
Bakıvaxtı.az-ın UNIAN-a istinadla xəbərinə görə, bunu Luqansk vilayətinin rəhbəri Serqey Qayday deyib. Onun sözlərinə görə, Luqansk vilayətinin sakinləri hələ də sığınacaqlarda otururlar: "Çünki ruslar təkcə infrastruktura deyil, həm də yaşayış binalarına zərbələr endirir".
Luqansk vilayətinin rəhbəri deyib ki, bölgədə havanın temperaturu xeyli düşüb, insanlar donur: "Onlara yemək, dərman və isti paltar lazımdır".
Xatırladaq ki, bir müddət əvvəl Sergey Qayday Rusiya ordusunun Luqansk vilayətinin 70%-ni ələ keçirdiyni demişdi.
















