• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Almaniya kansleri Türkiyəyə gedir

DÜNYA

14 Mart 2022 | 00:17

Almaniya kansleri Türkiyəyə gedir

Almaniya kansleri Olaf Şoltz Türkiyə prezidenti Rcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Kanslerin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk rəsmi səfəri martın 14-də baş tutacaq.

Səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə və Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, digər aktual regional və beynəlxalq məsələlər, xüsusilə də Ukrayna və Türkiyə-Aİ münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR