• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ölkədə botoks və dodağa gel vurmaq qadağan edildi

DÜNYA

12 Aprel 2022 | 23:02 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə botoks və dodağa gel vurmaq qadağan edildi

Türkmənistanda botoks qadağan olunub.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, Türkmənistan polisi gözəllik salonlarına gedərək, qadınlara botoks və dodaq döyməsi xidmətlərinin qadağan edildiyini bildirirlər.

“Polisin xəbərdarlığına əsasən botoks tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub”, - deyə gözəllik salonlarından birinin əməkdaşı bildirib.

Qadağanı pozan salonlar və ustalar 500 -1000 türkmən manatı (təxminən 290-580 Azərbaycan manatı) cərimə və ya 15 sutka həbs ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026