• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Leonid Kravçukun dəfn tarixi müəyyən edilib

DÜNYA

12 May 2022 | 22:39 | Müəllif: Subhan Mahmudov

Leonid Kravçukun dəfn tarixi müəyyən edilib

Ukraynanın ilk prezidenti Leonid Kravçuk mayın 17-də Kiyevin Bayk qəbiristanlığında dəfn olunacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Strana" nəşri məlumat yayıb. Mərhum prezidentlə vida mərasiminin vaxtı müəyyən edilməyib. Onun cənazəsi yaxın günlərdə Münxendəki xəstəxanadan gətiriləcək.

Qeyd edək ki, Kravçuk 1991-1994-cü illərdə Ukrauynanın ilk prezidenti olub. O, ötən il ağır əməliyyat keçirib və uzun müddət reanimasiyada müalicə alıb. 2022-ci il yanvarın 10-da 88 yaşını qeyd edib. Sabiq dövlət başçısı mayın 10-da dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026