• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Litva Rusiyadakı səfirini geri çağırıb

DÜNYA

12 May 2022 | 19:30 | Müəllif: Subhan Mahmudov

Litva Rusiyadakı səfirini geri çağırıb

Litva Seyminə iyunun 1-dən səfirin Rusiyadan geri çağırılması və iyunun 7-dən Sankt-Peterburqdakı Baş Konsulluğun ləğvi haqqında fərman layihəsi təqdim edilib.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin saytında yer alan sənədlərdə deyilir.

Qeyd olunur ki, layihə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb.

Bundan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ölkəsinin Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını, həmçinin Moskvadan səfirini geri qaytardığını bildirib. Rusiyanın Klaypedadakı konsulluğu da bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR