• Bakı 6° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynaya xəyanət edən deputat xüsusi əməliyyatla SAXLANILDI

DÜNYA

12 Aprel 2022 | 23:16 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynaya xəyanət edən deputat xüsusi əməliyyatla SAXLANILDI

Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat sayəsində deputat Viktor Medvedçuk (“Həyat üçün müxalifət platforması” fraksiyası) saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski "Instagram"da məlumat verib.

"Xüsusi əməliyyat SBU sayəsində həyata keçirilib. Əla! Təfərrüatlar sonra. Ukraynaya eşq olsun!" - dövlət başçısı deyib.

Xəbər verdiyimiz kimi, fevralın 27-də dövlətə xəyanətdə şübhəli bilinən xalq deputatı Viktor Medvedçukun ev dustaqlığından qaçdığı məlum olub.

Məhkəmə Medvedçukla bağlı iki cinayət işi üzrə - Qara dənizdə neft və qaz hasilatı, Donbassın müvəqqəti işğal olunmuş ərazilərindən kömür tədarükü vasitəsilə terror təşkilatının fəaliyyətinə köməklik göstərilməsi ilə bağlı ev dustaqlığı şəklində həbs qətimkan tədbiri seçib./publika.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR