Ukraynanın Odessa vilayətində Rusiyaya məxsus 10 gəmi saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, müstəntiqlər Ukraynanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə təmir işləri üçün Odessa vilayəti limanının akvatoriyasında olan səkkiz Rusiya yük gəmisinin və iki tankerinin Ukraynadan çıxarılmasının qarşısını alıblar.
Qeyd olunur ki, gəmilər Rusiyanın Qara dəniz və Dunay çayı akvatoriyasında logistika əməliyyatlarında iştirak edirdi.
















