ABŞ, İsrail və Cənubi Koreyadan sonra daha 3 ölkə öz vətəndaşlarından Ukraynanın təhlükə yarada biləcək ərazilərdən çıxmağı xahiş edib.
Bakıvaxtı.az xəbər verir ki, Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.
Oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib. Belə ki, XİN Britaniya vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edir.
"Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər".
Yaponiya Xarici İşlər Nazirliyi isə həmvətənlərini Ukraynanı dərhal tərk etməyə çağıran tövsiyə yayıb. Hazırda Ukraynada təxminən 150 yaponun ola biləcəyi güman edilir.








jpg-1647200625.webp)







