• Bakı 24° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edildi

DÜNYA

06 Dekabr 2024 | 11:05

Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edildi

ABŞ-nin Kaliforniya ştatında baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Qevin Nyusom öz “X” hesabında açıqlayıb.

Onun sözlərinə görə, rəhbərlik kaliforniyalıların təhlükəsizliyini təmin etmək və onları vaxtında məlumatlandırmaq üçün operativ rejimdə çalışır. 

Xatırladaq ki, dekabrın 5-də Kaliforniyada 7 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ-nin Geoloji Xidmətinin məlumatına görə, episentr Sakit okeanda, Petrolia şəhərindən 63 kilometr qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.


SON XƏBƏRLƏR

10 Iyun 2025