• Bakı 25° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Kanadanın Baş naziri: Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar...

DÜNYA

17 Iyun 2025 | 21:11

Kanadanın Baş naziri: Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar...

Kanadanın Baş naziri Mark Karni Kananaskisdə (Alberta əyaləti) Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Bildirilib ki, Karni Ottavanın Moskvaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirib.

Məhdudiyyətlər bir sıra fiziki və hüquqi şəxslərə şamil oluna bilər. Bundan əlavə, söhbət 2022-ci ildə Torontoda Kanada hakimiyyəti tərəfindən saxlanılan “Volqa-Dnepr” şirkətinin "An-124" nəqliyyat təyyarəsinin ələ keçirilməsi prosedurunun başa çatmasından gedə bilər.

Kanada hökuməti tərəfindən icarəyə götürülən təyyarə 2022-ci il fevralın 27-də Çindən COVID-19 testləri yükü ilə Kanadaya gəlib. Təyyarə saxlanılıb, ekipaj otelə yerləşdirilib.


SON XƏBƏRLƏR

09 Iyul 2025