• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Kanalda batan 16 yaşlı Nizaminin meyiti tapıldı

HADİSƏ

26 Iyul 2024 | 13:19

Kanalda batan 16 yaşlı Nizaminin meyiti tapıldı

İyulun 23-ü Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti tapılıb.

Bu barədə Bakıvaxtı.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun meyiti batdığı yerdən 70 km məsafədə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024