• Bakı C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Kaya Kallas: Aİ Dəməşqə qarşı sanksiyaları yumşalda bilər

DÜNYA

10 Yanvar 2025 | 12:10

Kaya Kallas: Aİ Dəməşqə qarşı sanksiyaları yumşalda bilər

Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Avropa İttifaqı (Aİ) Dəməşqə qarşı sanksiyaları yumşalda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) "X"də yazıb.

O bildirib ki, Suriya üçün keçid dövrünün koordinasiyası məqsədilə Romada təşkil olunan "Quint" görüşünə qatılıb.

"Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətin vacibliyini təsdiq etdik. Əgər real irəliləyiş olarsa, Avropa İttifaqı Dəməşqə qarşı sanksiyaları tədricən yüngülləşdirə bilər", - K.Kallas vurğulayıb.

Qeyd edək ki, "Quint" ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan ibarət qeyri-rəsmi qərar qəbul edən qrupdur.


SON XƏBƏRLƏR