• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu

HADİSƏ

14 Avqust 2025 | 11:40

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Seyyidmehdi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayət Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 31 dekabr 2024-cü ildə baş verib. İttihama görə, Seyyidmehdi Babayev keçmiş arvadı Şəbnəm Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Daha sonra yumruq və beton parçası ilə başına zərbələr endirib.

    Ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026