• Bakı 15° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

İQTİSADİYYAT

24 Aprel 2024 | 12:22

Keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bakıda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev almaq istəyənlər üçün əla fürsət yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir çoxu Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılıb. 

Mənzillər Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində yerləşir. Evlərin qiyməti onların kavdratından asılı oalraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb. 

Mənzillərdən bəzilərinin satış qiymətlərini təqdim edirik:

Abşeron rayonu - Yeni yaşayış kompleksində 3 otaqlı, 84,1 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 69 min 803 AZN

Ümid qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 83,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 58 min 450 AZN

Ramana qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 79,2 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 63 min 360 AZN

Kürdəxanı qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 71 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 56 min 800 AZN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan bütün mənzillər və onların qiyməti ilə BU LİNKƏ daxil olmaqla tanış ola bilərsiniz. 


SON XƏBƏRLƏR