• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda 18 min yeni iş yeri yaradılıb

İQTİSADİYYAT

24 May 2024 | 11:58

Bakıda 18 min yeni iş yeri yaradılıb

2024-cü ilin I rübündə Bakı şəhərində 18 min yeni iş yerləri yaradılıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 22.8% artıb. Belə ki, 2023-ci ilin I rübündə Bakıda 14 657 yeni iş yeləri açılmışdı.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 17 348 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 612 yeni iş yeri açılıb.

    Xatırladaq ki, cari ilin I rübündə Bakıda 2 279 yeni müəssisə və təşkilat, 4156 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 30%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 25.% azalıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026