“Qarabağ”ın sabiq futbolçusu Xayme Romero karyerasını İranda davam etdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, ispaniyalı vinger “Traktor”a keçib. Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, Xayme Romero 2019-2022-ci illərdə “Qarabağ”da çıxış edib. 32 yaşlı futbolçunun son klubu İspaniyada “Kartaqena” olub.
Keçmiş "Qarabağ"lı "Traktor"da
İDMAN
10 Fevral 2023 | 16:07

SON XƏBƏRLƏR
18:28
18:08
05 Sentyabr 2026















