• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tofiq Musayev “Bellator”da uduzdu

İDMAN

11 Mart 2023 | 09:30

Tofiq Musayev “Bellator”da uduzdu

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, Dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.

ABŞ-ın San-Xoşe şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.

Qeyd edək ki, “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026