• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cüdoçularımız Avropada 1-ci oldu

İDMAN

10 Aprel 2023 | 00:05 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Avropada 1-ci oldu

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Cüdo Federasiyasındın Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

İdmançılar turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov, 81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandanın aktivinə 3 qızıl medal yazdırıblar. 81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.

73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026