• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Barselona”  İnyestanın  komandası ilə qarşılaşacaq

İDMAN

09 May 2023 | 15:20

“Barselona” İnyestanın komandası ilə qarşılaşacaq

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Andres İnyestanın formasını geyindiyi Yaponiya təmsilçisi “Vissel Kobe” ilə yoldaşlıq oyunu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma mövsümlərarası təlim-məşq toplanışı zamanı təşkil olunacaq.

La Liqanın son tur matçının ardından Asiya turnesinə çıxacaq kataloniyalılar “Vissel Kobe” ilə iyunun 6-da Tokiodakı 80 000 tamaşaçı tutumuna malik Milli Stadionda üz-üzə gələcək.

Qeyd edək ki, Andres İnyesta 2002-2018-ci illərdə “Barselona”nın uğurları üçün çalışıb. 39 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “Vissel Kobe”nin formasını geyinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026