• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Qarabağ" türkiyəli mütəxəssislə vidalaşdı

İDMAN

08 Iyun 2023 | 14:35

Qarabağ türkiyəli mütəxəssislə vidalaşdı

"Qarabağ" klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.

Ağdam təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, türkiyəli mütəxəssisin "köhlən atlar"la müqavilə müddəti başa çatıb.

Doğanla sözləşməni uzatmayan "Qarabağ" ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.


SON XƏBƏRLƏR

08 May 2025