• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi" üçün daha bir namizəd bəlli oldu

İDMAN

08 Iyul 2023 | 12:33

"Neftçi" üçün daha bir namizəd bəlli oldu

"Neftçi"də baş məşqçi vəzifəsi üçün daha bir namizəd bəlli olub.

Bakıvaxtı.az "Legalbet.ru" saytına istinadən xəbər verir ki, klub rəhbərliyi Rusiya "Krasnodar"ının sabiq məşqçisi Aleksandr Naqornının mümkün təyinatını nəzərdən keçirir.

İddiaya görə, "ağ-qaralar"ın siyahısında Adrian Mutu ilə yanaşı, 41 yaşlı mütəxəssisin də adı var. Onun namizədliyi Müşahidə Şurasının iclasında irəli sürülüb.

Qeyd edək ki, Aleksandr Naqornı karyerası ərzində heç vaxt baş məşqçi kimi fəaliyyət göstərməyib. O, "Krasnodar"la yanaşı, "Ufa" və "Rotor"da köməkçi məşqçi işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026