• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Avarçəkənimiz Universiadada bürünc medal qazandı

İDMAN

07 Avqust 2023 | 12:32

Avarçəkənimiz Universiadada bürünc medal qazandı

Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.

Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Qalib fotofinişlə müəyyən edilib.

Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026