• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Qarabağ”ın rəqibi yoxlama görüşü keçirəcək

İDMAN

05 Sentyabr 2023 | 17:13

“Qarabağ”ın rəqibi yoxlama görüşü keçirəcək

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniyanın “Bayer 04” klubu yoxlama görüşü keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Xabi Alonso yetirmələrini sentyabrın 7-də sınaqdan keçirəcək.

Rəqib Regionalliqa təmsilçisi “Alemanniya” olacaq. “Bay Arena”da baş tutacaq görüşdə “Bayer 04”ün əsasən U-19 və U-17 komandalarının üzvləri iştirak edəcəklər. Çünki əsas komandanın 15 futbolçusu müxtəlif millilərə çağırılıb.

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026