• Bakı 17° C

    2.11 m/s

Fuat Çapa "Samsunspor"a qayıtdı

İDMAN

04 Oktyabr 2023 | 15:39 | Müəllif: Qalib İbrahimoğlu

Fuat Çapa "Samsunspor"a qayıtdı

“Samsunspor” klubunun sabiq baş məşqçisi Fuat Çapa futbol direktoru vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, daha əvvəl “Samsunspor”un çalışdırıcısı olan Çapanın bundan sonra təyin olunacaq əcnəbi məşqçi ilə komandanın idarəçiliyinə tam səlahiyyətlə cavabdeh olacağı bildirilib: “Futbol direktorumuza uğurlar arzulayırıq. Onun yeni vəzifəsi və bu qərarın komandamız və cəmiyyətimiz üçün faydalı olacağına ümid edirik".

Fuat Çapa daha əvvəl 2021-2022 mövsümündə "qırmızı-ağlar"ın baş məşqçisi vəzifəsində çalışıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026