• Bakı 23° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DÇ: Millimiz bu gün yarımfinal oyununu keçirəcək

İDMAN

03 Noyabr 2023 | 09:32

DÇ: Millimiz bu gün yarımfinal oyununu keçirəcək

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Qazaxıstanla üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Mundialın qrup mərhələsində Qananı 7:0, Hindistanı 16:0, Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə məğlub edən Qazaxıstan yığması 1/8 finalda Meksikanı (0:0), 1/4 finalda isə Çexiyanı (3:3) oyunsonrası penaltilər seriyasında üstələyib.

Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi isə növbəti mərhələlərdə müvafiq olaraq Portuqaliya (3:0) və Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026