• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Avro-2024: Türkiyə Portuqaliya və Çexiya ilə bir qrupda

İDMAN

02 Dekabr 2023 | 22:00 | Müəllif: Subhan Mahmudov

Avro-2024: Türkiyə Portuqaliya və Çexiya ilə bir qrupda

Futbol üzrə 2024-cü Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə AVRO-2024-dəki altı qrupun tərkibi müəyyənləşib.

Püşkatmada 21 ölkənin millisi iştirak edib. Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq.

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: A yolunda pley-off qalibi, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunda pley-off qalibi

F qrupu: Türkiyə, C yolunda pley-off qalibi, Portuqaliya, Çexiya

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026