• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Avropa çempionatının mükafat fondu açıqlandı

İDMAN

02 Dekabr 2023 | 19:22 | Müəllif: Subhan Mahmudov

Avropa çempionatının mükafat fondu açıqlandı

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu məlum olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, iştirakçı komandalara veriləcək məbləğ “Avro-2020” ilə eyni səviyyədə, yəni, ümumilikdə 331 milyon avro olaraq təsdiqlənib.

İştirak haqqı 9,25 milyon avro təşkil edir. Hər qələbəyə görə 1 milyon, heç-heçəyə görə 500 min avro ödəniləcək. 1/8 finala vəsiqə əldə edən yığmaların hər biri 1,5 milyon avro qazanacaq. Dörddəbir finala çıxan kollektivlər 2,5 milyon, yarımfinalın iştirakçıları 4 milyon avro alacaqlar.

Finalda uduzan komandaya 5 milyon, Avropa çempionuna isə 8 milyon avro mükafat veriləcək. Çempion komandanın hər üç qrup matçında qalib gələcəyi təqdirdə, əldə edə biləcəyi maksimum gəlir 28,25 milyon avro olacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026