• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yığmamızın püşkatmada yer alacağı səbət açıqlanıb

İDMAN

02 Dekabr 2023 | 20:38 | Müəllif: Subhan Mahmudov

Yığmamızın püşkatmada yer alacağı səbət açıqlanıb

UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə C Liqasında mübarizə aparacaq Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda baş məşqçisiz olan milli komanda Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə ikinci səbətə düşüb.

Püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən mövsüm də Millətlər Liqasının C Divizionunda çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR