• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazandı

İDMAN

02 Noyabr 2023 | 22:17

Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazandı

Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların "Kombat K-1 kuboku" uğrunda mübarizəsi baş tutub.

Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində 2 gümüş, 1 bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, 6 dəfə Azərbaycan çempionu olub.

O,16 peşəkar döyüş keçirib və bunlardan 15-də qələbəsi, 1-də isə bərabərlik qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026