• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

2 xal itirib, 70 MİLYON qazandılar...

İDMAN

02 Dekabr 2023 | 12:40

2 xal itirib, 70 MİLYON qazandılar...

Bir neçə gün öncə baş tutan "Qalatasaray" "Mançestr Yunayted" oyununda "Cimbom" 70 milyon lirəyə yaxın qazanc əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

“Mançester Yunayted”lə görüşdə iki xal itirən “Qalatasaray” kassasını doldurub. UEFA-dan 930 min Avro (29,3 milyon TL) püşkatma mükafatı alan sarı-qırmızılı klub 10 minə yaxın bilet satışından xəzinəsinə 40 milyon lirə pul əlavə edib.

Qiymətləri 900-20 min TL arasında dəyişən "Mançester Yunayted" matçının biletləri azarkeşlər tərəfindən tamamilə alınıb. Bir gündə 70 milyon TL-yə yaxın gəlir əldə edən "Qalatasaray" bu mövsüm Çempionlar Liqası sayəsində 31 milyon avro qazanıb.

İkinci tura yüksəldiyi təqdirdə sarı-qırmızılı klubun xəzinəsinə daha 12,4 milyon avro (390,6 milyon TL) daxil olacaq.

Xatırladaq ki, "Qalatasaray" "Mançestr Yunayted" oyunu 3-3-lük bərabərliklə başa çatıb.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026