Ötən gün Səudiyyə Ərəbistanı Pro Liqasının 15-ci həftəsində "Əl Hilal" və "Əl Nassr" klubları qarşılaşıblar.
Bakıvaxtı.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 64-cü dəqiqədə Segey Milinkoviç - Saviç açıb.
Matçın əlavə dəqiqələrində isə serbiyalı hücumçu Aleksand Mitroviç səhnəyə çıxıb. O, 90 və 90+2-ci dəqiqələrdə fərqlənərək komandasının hesabına 3 xal əlavə etməsində pay sahibi olub.
Bu məğlubiyyətlə Criştiano Ronaldo, Anderson Talişka, Sadio Mane kimi bir çox ulduz futbolçunun da şərəfini qoruduğu "Əl Nassr" klubu yerli çempionatın şəriksiz lideri "Əl Hilal"dan 7 xal geriyə düşüb.
Oyunda diqqət çəkən məqamlardan biri də "Əl Hilal" azərkeşlərinin oyun gedişində Ronaldonu əsəbləşdirmək üçün "Messi, Messi, Messi" şüarını səsləndirmələri olub. Kriştiano isə soyuqqanlı şəkildə azərkeşlərə reaksiya verib.
Oyun gedişində "ofsayt" səbəbi ilə vurduğu qol qeydə alınmayan Ronaldo əsəblərinə hakim ola bilməyib. Bu isə "Əl Hilal" klubunun "işinə yarıyıb". Oyun sonrası klubun rəsmi sosial media hesablarında Kriştianonun əsəbləşdiyi kadrlar bir araya toplanıb və "Əl Hilalla üzləşdiyində olacağı bu idi" başlığı ilə paylaşılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasında 15 həftədən sonra "Əl Hilal" klubu 41 xalla ilk pillədədir. Ronaldolu "Əl Nassr" isə 34 xalla 2-ci pillədə qərarlaşıb.
Ziyafət Əlisoy


jpeg-1701507274.jpeg)














