• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Bavariya"nın bugünkü oyunu təxirə salınıb - SƏBƏB

İDMAN

02 Dekabr 2023 | 13:53

"Bavariya"nın bugünkü oyunu təxirə salınıb - SƏBƏB

"Bavariya" və "Union" (Berlin) komandaları arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının XIII tur oyunu təxirə salınıb.

Bakıvaxtı.az Berlin təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.

Matç güclü qar yağması səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026