• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Qarabağ” – “Bayer” oyununa neçə bilet satılıb?

İDMAN

03 Noyabr 2023 | 11:17

“Qarabağ” – “Bayer” oyununa neçə bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” (Almaniay) oyununa bilet satışı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, artıq 15 min bilet satılıb. Bu barədə Ağdam klubu məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

"Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçı saat 21:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026