• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur futbolçu millinin heyətindən uzaqlaşdırıldı

İDMAN

05 Sentyabr 2023 | 16:14

Məşhur futbolçu millinin heyətindən uzaqlaşdırıldı

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antoni Braziliya millisinin heyətindən uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb. Bildirilib ki, buna səbəb 23 yaşlı hücumçuya məhkəmə işinin açılmasıdır. Forvard keçmiş sevgilisinə şiddət göstərməkdə ittiham edilir.

Antoninin əvəzinə yığmaya “Arsenal”ın hücumçusu Qabriel Jezus dəvət olunub.

Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində sentyabrın 9-da Boliviyanı qəbul edəcək, 13-də Perunun qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026