• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Bu gün "Neftçi"nin oyunu var

İDMAN

08 Iyul 2023 | 09:25

Bu gün "Neftçi"nin oyunu var

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ikinci oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşacaq.

Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

"Match TV" turniri
8 iyul

20:30. "Neftçi" (Azərbaycan) -
Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov
Var hakimi: Nikolay Voloşin
Sankt-Peterburq, "Smena" stadionu

Qeyd edək ki, "Neftçi" turnirdə keçirdiyi ilk oyunda Rusiya "Zenit"inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026