• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

İtaliyalı futbolçu buna görə tarixə düşdü

İDMAN

08 Iyun 2023 | 11:52

İtaliyalı futbolçu buna görə tarixə düşdü

İtaliya millisinin futbolçusu Emerson Palmyeri tarixə düşüb.

Bakıvaxtı.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi bütün UEFA turnirlərində qalibi olan yeganə oyunçudur.

Palmyeri son olaraq ötən gün İngiltərənin "Vest Hem" klubunun heyətində UEFA Konfrans Liqasını qazanıb. London təmsilçisi finalda İtaliya "Fiorentina"sını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Emerson Palmyeri 2019-cu ildə İngiltərə təmsilçisi "Çelsi" ilə Bakıda UEFA Avropa Liqasının, iki il sonra Çempionlar Liqasının və UEFA Super Kubokunun, həmin il İtaliya yığması ilə qitə çempionatının qalibi olub.


SON XƏBƏRLƏR