• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan 2-ci Liqası bu tarixdə başlayır

İDMAN

07 Iyul 2023 | 12:45

Azərbaycan 2-ci Liqası bu tarixdə başlayır

Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarış sentyabrın 4-də start götürəcək. İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində keçiriləcək.

AFFA İcraiyyə Komitəsi tərəfindən iyunun 16-da verilən qərara uyğun olaraq, I Divizion və II Divizionda (yeni adları ilə 1-ci və 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.

2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.

2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan Kuboku yarışlarında iştirakı nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026