• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Mançester Yunayted” onu transfer etdi

İDMAN

06 Avqust 2023 | 00:37

“Mançester Yunayted” onu transfer etdi

İngiltərə Premyer Liqa komandalarından olan “Mançester Yunayted” “Atalanta”dan danimarkalı hücumçu Rasmus Hoylundu transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, klubun yaydığı məlumata görə, 6 dəfə Danimarka millisində çıxış edən 20 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

İngilis mətbuatı Hoylundun transfer qiymətinin 72 milyon funt sterlinq olduğunu iddia edib.

Peşəkar karyerasına böyüdüyü Kopenhagendə başlayan Hoylund 2022-ci ilin yanvarında “Şturm Qraz”da, elə həmin ilin yay transfer pəncərəsində isə “Atalanta”da oynayıb.

İtaliyanın birinci liqasında (A seriyası) “Atalanta”nın heyətində 34 oyun keçirən Hoylund 10 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026