• Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib

İDMAN

07 Iyun 2023 | 20:59 | Müəllif: Subhan Mahmudov

Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib

Gənclər və idman naziri (AGIN) Fərid Qayıbov Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AGİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkənin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Kristof Salay-Bobrovnitski səmimi qəbula görə təşəkkürünü bildirib və dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026