Futbol üzrə Azərbaycan millisi ABŞ-da Meksika yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli jurnalist David Medrano iddia irəli sürüb.
Görüşün sentyabrda Minnesota şəhərində baş tutacağı bildirilib.
Mərkəzi Amerika təmsilçisi Azərbaycan seçməsi ilə yanaşı həmin ayda Oman kollektivi ilə də üz-üzə gələcək.
















