19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, millimiz səfərdə Monteneqro yığması ilə qarşılaşıb. Slovakiyada keçirilən görüşdə yığmamız 3:0 hesabı ilə uduzub.
Millimizin seçmə mərhələdə növbəti oyunu aprelin 11-də Slovakiyaya qarşı keçiriləcək.
















