• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Neymar  PSJ-dən ayrılır

İDMAN

08 May 2023 | 15:31

Neymar PSJ-dən ayrılır

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubundan ayrılmaq istəyir.

Bakıvaxtı.az "Telefoot" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu yayda Paris təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Daha əvvəl ölkə çempionunun azarkeşləri klubun ofisinin yaxınlığında etiraz aksiyası keçirərək Lionel Messi, Marko Verratti və Neymarın komandadan göndərilməsini tələb ediblər. Hətta fanatların bəziləri braziliyalı oyunçunun evinə də gedib.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniya "Barselona"sından PSJ-yə keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026