• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Ruslan Qurbanov Azərbaycana qayıdır

İDMAN

07 Iyun 2023 | 14:02

Ruslan Qurbanov Azərbaycana qayıdır

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov Misli Premyer Liqası klublarının maraq dairəsinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı hücumçunun xidmətində iki komanda maraqlı olduğundan yenidən Azərbaycana qayıda bilər.

Ruslan əvvəllər də çıxış etdiyi “Sumqayıt”ın formasını geyinməyə yaxındır. Uğursuz mövsümdən sonra heyəti gücləndirmək niyyətində olan Samir Abasov milliləşən legioneri sərəncamında görmək istəyir.

“Turan Tovuz” da Qurbanovu heyətinə qatmaq fikrindədir. Ayxan Abbasov yeni mövsümdə onu hücum xəttində görmək istəyir.

Qeyd edək ki, ölkəmizdə “Neftçi”, “Şamaxı”, “Qəbələ”, “Səbail” və “Zirə”də də oynamış futbolçu 2011-13-cü illərdə “Sumqayıt”ın formasını geyinib.


SON XƏBƏRLƏR