• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İbrahimoviç klubsuz qalacaq?

İDMAN

08 Aprel 2023 | 21:35 | Müəllif: Subhan Mahmudov

İbrahimoviç klubsuz qalacaq?

"Milan"ın növbəti mövsüm üçün transfer planları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya A Seriyası klubu bir neçə futbolçu ilə yolları ayıracaq. Onlardan biri Zlatan İbrahimoviçdir. İsveçli forvardla müddəti başa çatacaq müqavilə yenilənməyəcək. Buna 41 yaşlı hücumçunun tez-tez zədələnməsi səbəb olub.

Bundan başqa, Divok Origi də rəhbərliyin növbəti mövsüm üçün planlarına daxil deyil. Əvəzində Rafael Leau və Olivye Jiru ilə yeni müqavilələr imzalanacaq.

"Milan" heyətinə mərkəz hücumçusu, sağ vinger və dayaq yarımmüdafiəçisi cəlb etməyə çalışacaq./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026