• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Jorji Jezuş "Fənərbağça"da qala bilər

İDMAN

08 Aprel 2023 | 15:29

Jorji Jezuş "Fənərbağça"da qala bilər

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşa yeni müqavilə təklif edib.

Bakıvaxtı.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə əməkdaşlığın müddətini 2025-ci ilin yayınadək uzatmaq istəyir.

İddiaya görə, 69 yaşlı baş məşqçi də cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləməkdə maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

Qeyd edək ki, Jorji Jezuş "Fənərbağça"nın sükanı arxasına ötən ilin iyununda keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026