• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Real” 20-ci dəfə İspaniya Kubokunu qazandı - VİDEO

İDMAN

07 May 2023 | 08:55 | Müəllif: Subhan Mahmudov

“Real” 20-ci dəfə İspaniya Kubokunu qazandı - VİDEO

İspaniya Kral Kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Real” (Madrid) titula sahib çıxıb.

“Kral klubu” həlledici matçda “Osasuna”dan güclü olub - 2:1. Hesabı 2-ci dəqiqədə “Real”ın heyətində Rodriqo açıb. Lakin 58-ci dəqiqədə Lukas Torronun sayəsində “Osasuna” bərabərliyi təmin edib. 70-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuran Rodriqo oyunda yekun nəticəni müəyyənləşdirib.

Bu, “Real”ın 20-ci ölkə kuboku olub. Karlo Ançelotti isə ikinci dəfə titula yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026